Press "Enter" to skip to content

MEK-in direktoru və bir qrup əməkdaşı təltif olunub

AMEA prezidenti İsa Həbibbəyli və MEK direktoru Məmməd Əliyev

BAYRAQDAR MEDİA – Dekabrın 21-də AMEA Rəyasət Heyətinin “Heydər Əliyev İli”nin yekunlarına həsr olunan “Əbədiyyətin əbədi ünvanı” mövzusunda genişləndirilmiş iclası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AR Milli Məclisinin deputatları, AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisə və təşkilatlarının direktorları, YAP ərazi partiya təşkilatının nümayəndələri və gənc alimləri iştirak edərək ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən danışıblar”.

Təltif olunan MEK heyəti
Təltif olunan MEK heyəti

Çıxışlardan sonra “Heydər Əliyev İli” çərçivəsində kitabları nəşr olunmuş müəlliflər, o cümlədən Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyətinin, zəngin siyasi irsinin, dövlətçilik ideallarının tədqiqi və təbliği sahəsində xidmətlərinə görə MEK-in direktoru, Prof. Məmməd Əliyev, direktor müavini, Dos. Şəhla Tahirqızı, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova, baş kitabxanaçı, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova, baş biblioqraflar Afət Məmmədova və Mahnur Həsənova AMEA-nın Təşəkkürnaməsi ilə təltif olunublar.

Mission News Theme by Compete Themes.