Press "Enter" to skip to content

Kərkükdə açılmamış seçki qutularının 6 faizi əllə hesablanacaq

Kərkük

Son yeniləmə: 22 Dekabr 2023 12:19

BAYRAQDAR MEDİA – Kərkükdə Ali Seçki Komissiyası açılmamış qutuların altı faizinin əllə sayılmasına başlayıb.

Bu barədə Türkmeneli TV məlumat yaylb.

Bildirilib ki, “İraqın Ali Seçki Komissiyası dekabrın 18-də ölkə üzrə keçirilən yerli seçkilərin qeyri-rəsmi nəticələrini elan edib. Komissiya seçki qutularının 94,4 faizinin açıldığını, seçkidə iştirak nisbətinin isə 41 faiz olduğunu açıqlayıb. Kərkükdə Kürdüstan Vətənpərvərlər Birliyi (KYB) 139 min 373 səslə birinci, Ərəb Koalisiyası Siyahısı 98 min 174 səslə ikinci, Birləşmiş İraq Türkmən Cəbhəsi siyahısı 72 min 28 səslə üçüncü olub”.

Mission News Theme by Compete Themes.