Son yeniləmə: 22 Dekabr 2023 09:12
BAYRAQDAR MEDİA – “Bu gün Azərbaycan son iyirmi il ərzində ən sürətlə inkişaf edən dövlət olmaqla coğrafiyamızın ölkələri arasında mühüm mövqe tutub”.
Bunu Türkiyə Cümhurbaşqanlığının Maliyyə Ofisinin rəhbəri Göksel Aşan dekabrın 21-də Bakıda keçirilən Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumunun açılış mərasimindəki çıxışında bəyan edib.
O, qeyd edib ki, türkiyəli iş adamları üçün Azərbaycanda fəaliyyət göstərmək üçün unikal imkanlar var. Vurğulanıb ki, Azərbaycanın əldə etdiyi inkişaf fonunda yaradılan bi imkanlardan yararlanmaq üçün davamlı adddımlar atılır.
G.Aşan bildirib ki, investorlar və biznesmenlər perspektivlər gördüyündən, öz sərmayələrini Azərbaycanın inkişafına yatırmağa hazırdr: “Azərbaycanda ölkənin iqtisadi və sosial zənginliyinə öz töhfəsini vermək istəyənlər üçün çox sayda imkanlar var. Qeyd etmək lazımdır ki, gələcək investisiyalar üçün qapılar hər iki istiqamətdə açıqdır. Azərbaycan xarici investorları müsbət qarşılayır. Eyni zamanda öz vətəndaşlarına da xaricdə investisiyalarda iştirak etmək imkanı verir”.
Qeyd olunub ki, burada qarşılıqlıq investisiya imkanları mühüm rol oynayır: “Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı investisiyaların iki ölkənin dayanıqlı inkişafı və məhsuldar əməkdaşlığının təməli olacağına ümid edirik”.