Press "Enter" to skip to content

Beynəlxalq təşkilatın nümayəndə heyəti Mədəniyyət Nazirliyində

Görüşdən xatirə şəkli

BAYRAQDAR MEDİA – Dekabrın 21-də İslam Əməkaşlıq Təşkilatının Baş katibinin müavini Tariq Bakitin rəhbərliyi altında nümayəndə heyəti Mədəniyyət Nazirliyində olub.

Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “qonaqları səmimiyyətlə salamlayan Mədəniyyət nazirinin müavini Fərid Cəfərov İƏT-lə Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini qeyd edərək mədəniyyət sahəsində əməkdaşlıq üçün imkanların daha da genişləndiyini bildirib. Qəbula və xoş sözlərə görə təşəkkürünü bildirən T.Baxit öz növbəsində təşkilatın Azərbaycan ilə münasibətlərə böyük önəm verdiyini bildirərək Qarabağın işğalı dönəmində İƏT-in daim ədalətin yanında olduğunun və rəsmi sənədlərdə bu mövqeyin əks etdirilməsinin böyük əhəmiyyət daşıdığını deyib. Görüşdə Qarabağda dağıdılmış və məhv edilmiş mədəni irsin bərpa edilməsi istiqamətində Azərbaycan dövləti tərəfindən aparılan miqyaslı təmir-bərpa işləri haqqında təşkilata məlumat verildi. Öz növbəsində qonaqlar tezliklə Şuşada mədəniyyət sahəsində birgə beynəlxalq tədbirlərin təşkilini səbirsizliklə gözlədiklərini qeyd edərək, İƏT qətnamələrinin icra edildiyinə sevinclərini ifadə ediblər”.

Görüş çərçivəsində həmçinin ikitərəfli gündəlikdə duran cari layihələr, o cümlədən, “Şuşa İslam dünyasınısın mədəniyyət paytaxtı 2024” ili çərçivəsində nəzərdə tutulan tədbirlər və Bakı Prosesi çərçivəsində ölkəmizdə keçiriləcək VI Ümumdünya Mədəniyyətlərası Dialoq Forumu ətrafında fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

Mission News Theme by Compete Themes.