Son yeniləmə: 22 Dekabr 2023 14:28
202 təhsil müəssisəsində isə “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunur
BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 46 ümumi təhsil müəssisəsində operativ monitorinqlər həyata keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 22-də BŞTİ-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “monitorinqlər təhsil müəssisələrində sağlamlıq, təhlükəsizlik və nizam-intizam, tədris-pedaqoji və digər sənədlərlə işin təşkili, metodiki işin təşkili, inzibati heyətin fəaliyyət istiqamətlərini əhatə edib. 35 meyar əsasında aparılan monitorinqlərin keçirilməsində əsas məqsəd təhsilin keyfiyyətli təşkilini təmin etməkdən ibarətdir”.
BŞTİ-dən verilən başqa bir məlumatda isə qeyd edilib ki, Bakının 202 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunur: “Layihə çərçivəsində 900 müəllim müvafiq təlimlərdən keçib. Həmçinin şagirdlər arasında “Kod Saatı: Rəqəmsal gələcəyə addım” müsabiqəsi təşkil olunub”.