BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini, Dos. Şəhla Tahirqızı və tarix üzrə fəlsəfə doktoru Yunis Hüseynovun həmmüəllifi olduqları “Şuşadan türk dünyasına” adlı kitab dərc olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə deyilir ki, “Ulu Öndər Heydər Əliyevin Şuşa haqqında dəyərli kəlamları ilə başlayan nəşrdə Prezident İlham Əliyevin 2022-ci ilin ölkədə “Şuşa İli” elan edilməsi haqqında Sərəncamı, Şuşa Bəyannaməsi, tanınmışların Şuşa haqqında fikirləri əks olunub. Kitabda, həmçinin Şuşa şəhərinin təbii-coğrafi mövqeyi, kitabxanaları, məktəb və mədrəsələri, mətbu orqanları, məhəllə və meydanları, hamamları, karvansarayları, xalçaçılıq, yer adları, elm və mədəniyyət xadimləri, tarixi şəxsiyyətləri, Şuşa qalasının məscid və pirləri haqqında müfəssəl məlumat verilir”.
Bildirək ki, Şuşa şəhərinin 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi münasibəti ilə hazırlanan kitabın elmi redaktoru MEK-in direktoru, Prof. Məmməd Əliyevdir.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab tarixçilər, araşdırmaçılar üçün də dəyərli mənbədir.