Press "Enter" to skip to content

Stiv Barakatın konserti olacaq

Stiv Barakat

BAYRAQDAR MEDİA – Fevralın 10-da Heydər Əliyev Mərkəzində Stiv Barakatın (Steve Barakatt) “Neoreallıq” dünya turu çərçivəsində konserti keçiriləcək.

Bu haqda sözügedən Mərkəzin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “1973-cü ildə Kanadanın Kvebek şəhərində livanlı ailədə dünyaya göz açan musiqiçi, bəstəkar və prodüser Stiv Barakat həm klassik musiqi, həm də caz ifa edir. Onun Bakı konserti iki hissədən ibarət olacaq. Proqrama Barakatın son albomundan, eləcə də əvvəlki illərin ən sevilən əsərləri daxildir”.

Mission News Theme by Compete Themes.