Press "Enter" to skip to content

İqtisadi əməkdaşlığın bütün sahələrində müsbət dinamika müşahidə olunur

Panel iclası

Son yeniləmə: 21 Dekabr 2023 18:05

Azərbaycan-Türkiyə İnvestisiya Forumunda “Azərbaycan Respublikasında investisiya qoyuluşu imkanları” paneli təşkil edilib

BAYRAQDAR MEDİA – Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində keçirilən “Azərbaycan Respublikasında investisiya qoyuluşu imkanları” mövzusunda paneldə birgə əməkdaşlıq imkanlarına nəzər salınıb.

BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə heyətinin sədri Elşad Nuriyev, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Ülvi Mansurov, İqtisadiyyat İnstitutunun Baş direktoru Nazim İmanov, Türkiyə Prezidentinin Maliyyə İdarəsinin müdir müavini Necip Fazil Kaymak, “Kartaş” MMC-nin direktoru Necmeddin Taşbağ çıxış ediblər.

Qeyd olunub ki, panel iclas İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayevin moderatorluğu ilə keçirilib: “Azərbaycan-Türkiyə İnvestisiya Forumunun Bakıda keçirilməsinin iki qardaş ölkə arasındakı birliyi daha da möhkəmləndirdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur. İnvestisiya forumu çərçivəsində müzakirə edilən məsələlər və aparılan danışıqlar dost ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin, iş adamları arasında işgüzar tərəfdaşlığın inkişafında əhəmiyyətli olacaq”.

Vurğulanıb ki, iqtisadi əməkdaşlığın bütün sahələrində müsbət dinamika müşahidə olunur: “Dövlət başçılarımız ticarət dövriyyəsinin 15 mlrd. ABŞ dollarına çatdırılmasını hədəf olaraq qarşıya qoyub. Birgə layihələrin uğurla icrası, qarşılıqlı sərmayələrin fəal təşviqi vəticarət dövriyyəsinin davamlı artımı bu məqsədə çatmaq üçün əminlik yaradır”.

Tədbirdə işğaldan azad edilmiş ərazilərimizin zəngin resursları və əlverişli investisiya mühiti barədə məlumat verilib, qardaş Türk şirkətlərinin bu ərazilərdə aktiv fəaliyyətinin qürurverici olduğu vurğulanıb.

Panel çərçivəsində investisiya mühitimizin təqdim etdiyi səmərəli şərtlər,ölkəmizdə investisiya qoyuluşunun prioritet istiqamətləri, Ələt Azad İqtisadi Zonasında və sənaye zonalarında sahibkarlar üçün yaradılmış imkanlar, xarici investisiyalı müəssisələrin fəaliyyəti, investisiya platformasında dövlət dəstəyi, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən investisiya layihələrində iştirak, prioritet sektorlarda biznes layihələrinin maliyyələşdirilməsi barədə müzakirələr aparılıb.

Mission News Theme by Compete Themes.