Press "Enter" to skip to content

Dimitar Kovaçevski: Mübarizə avropapərəst və anti-Avropa bloku arasında olacaq

Dimitar Kovaçevski

Son yeniləmə: 21 Dekabr 2023 11:06

BAYRAQDAR MEDİA – Quzey Makedoniyanın Baş nazir və SDSM lideri Dimitar Kovaçevski bəyan edib ki, 2024-cü ildə seçki yarışı iki blok, avropapərəst və anti-Avropa blokları arasında keçiriləcək.

Bu barədə Yeni Balkan məlumat yayıb.

Məlumata əsasən, D.Kovaçevski jurnalistlərin 2024-cü ildə keçiriləcək parlament seçkilərində Alban siyasi partiyaları ilə birlikdə iştirak edib-etməyəcəyi ilə bağlı sualını cavablandırıb.

Baş nazir koalisiya ortaqlığı haqqında ətraflı məlumat vermədən “Əvvəl də demişdim ki, seçkilərlə bağlı bütün imkanlar təhlil edilir. Ancaq bir şey dəqiqdir: Bir tərəfdən ölkənin inteqrasiyasını müdafiə edən Avropayönlü blok, digər tərəfdən isə anti-Avropa bloku var ki, onun lideri Makedoniyanın Avropa Birliyinə üzvlük üçün daha 100 il gözləyə biləcəyini bildirir” deyib.

Mission News Theme by Compete Themes.