Son yeniləmə: 21 Dekabr 2023 09:04
BAYRAQDAR MEDİA – “Qarşıdan gələn yerli seçkilər müxalifət partiyalarına heç də müsbət sonluq vəd etmir. Eyni zamanda, müxalifət partiyaları, xüsusən də Prezident seçkilərindən sonra bədbinləşib. Bu da səbəbsiz deyil. Çünki bu partiyalar, xüsusilə də CHP seçkilərdə heç bir uğur qazana bilmədi. CHP-nin keçmiş genel başqanı Kemal Kılıçdaroğlu 13 illik başqanlıq dövründə girdiyi heç bir seçkidə qalib gələ bilmədi. Təbii ki, bu, CHP-nin liderinə inamın itirməsinə və kreslosunu Özgür Özelə təhvil verməsinə səbəb olub”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Osmaniye Korkut Ata Üniversitetinin İktisadi ve İdari Bilimler Fakultəsinin dekan yardımcısı Doç. Dr. Fatih Çağatay Baz deyib.
Onun sözlərinə görə, CHP-də sədr dəyişsə də, yanaşma dəyişməyib: “Yanaşmaya keçməzdən öncə onu qeyd edim ki, yerli seçkilərdə namizəd göstərilməsi mərhəsində CHP daxilində bir gərginlik baş qaldırıb. Həmçinin, parlament və prerzident seçkilərində CHP ilə əməkdaşlıq edən bəzi partiyalar artıq öz yolları ilə getmək niyyətindədirlər. Bütün bunlara yeni genel başqanın bölücülərə isti yanaşmasını da əlavə edəndə CHP-nin necə bir vahiməli durumda olması haqqında təsəvvür yaranır”.
Müsahibimiz deyib ki, CHP-nin yeni genel başqanının qurultayda Selahettin Demirtaş və Osman Kavalanı salamlaması, HEDEP-lə isti təmaslar və digər bu kimi məqamlar yerli seçkilər öncəsi sandığa gedəcək insanlarda heç də müsbət əhval-ruhiyyə yaratmır”.