Press "Enter" to skip to content

Aqrar sahədə əməkdaşlığın prioritet istiqamətləri müzakirə edilib

Panel iclası zamanı

Son yeniləmə: 21 Dekabr 2023 18:26

“Kənd təsərrüfatı və qida sənayesi sahələrində dialoq: cari çağırışlar və müasir həllər” mövzusunda panel sessiya keçirilib

BAYRAQDAR MEDİA – Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində “Kənd təsərrüfatı və qida sənayesi sahələrində dialoq: cari çağırışlar və müasir həllər” mövzusunda panel sessiya təşkil edilib.

BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərovun moderatorluğu ilə keçirilən sessiyada Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə nazirinin müavini Əbubekr Gizligider, “Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Savaş Uzan, “Makrolizing“ MMC-nin İdarə Heyətinin sədri Avni Demirci və Dost Agroparkın direktoru Mehmet Zeki Tuğrul çıxış ediblər.

Bildirilib ki, “müasir çağırışlara uyğun olaraq innovativ aqrobiznes mühitinin yaradılması və onun inkişafı müstəsna əhəmiyyət kəsb edir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi kənd təsərrüfatında da innovasiyaların və müasir texnologiyaların tətbiqi dövlət tərəfindən dəstəklənir. Belə ki, dövlət başçısı cənab İlham Əliyevin təsdiq etdiyi “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əsas fəaliyyət istiqamətlərindən biri də “dayanıqlı və rəqabətli kənd təsərrüfatı və aqrobiznesin inkişaf etdirilməsi”dir”.

Vurğulanıb ki, strategiyada müəyyən olunmuş fəaliyyətlərin icrası nəticəsində kənd yerlərində aqrar istehsal, emal, satış, o cümlədən müasir texnologiyaların tətbiqi ilə məhsuldarlıq daha da artacaq, həmçinin yeni iş yerləri yaradılacaqdır.

Tədbirdə kənd təsərrüfatı sahəsində əməkdaşlığın prioritet istiqamətləri, aqrar məhsulların tədarükünün təhlükəsizliyinin təmini, bu sahədə perspektivli innovasiya layihələri barədə müzakirələr aparılıb, ölkəmizdə kənd təsərrüfatı sahəsində verilən təşviqlər barədə məlumat verilib.

Mission News Theme by Compete Themes.