Ali Kınık 2024-cü ilin mayında Bakıda konsert verəcək
BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, türk dünyasının xalq yaradıcılığı musiqisinin tanınmış ismi, yazıçı və bəstəkar Ali Kınık 2023-cü ilin mayında Bakıda konsert verməli idi.
Lakin Ermənistan silahlı qüvvələrinin bəhs edilən dövrdə törətdiyi təxribatdan sonra təşkilatçılar 12-13 may tarixi üçün nəzərdə tutulan “Yalnız değilsin” adlı solo konserti təxirə salmağa qərar vermişdilər. Həmin vaxt o da bildirilmişdi ki, konsert sonra təşkil ediləcək və alınlar biletlər konset zamanı qüvvədə olacaq.
Artıq il tamam olur. Bəs, konsert olacaqmı?
Həmin sualı cavablandıran konsertin təşkilatçısı olan “Yaz” mediagroupdan BAYRAQDAR MEDİA-ya bildirildi ki, konsert gələn ilin mayında olacaq: “Artıq müvafiq addımlar atılıb və razılaşma əldə edilib. 2024-cü ilin mayında Ali Kınık Bakıda konsert verəcək. Konsert Heydər Əliyev Sarayında olacaq”.
Onu da xatırladaq ki, “Yalnız değilsin” bir müddət Türkiyənin ATV kanalında yayımlanan “Eşkiya dünyaya hükümdar olmaz” serialında da səsləndirilib.