Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının 3-cü iclası keçirilib
BAYRAQDAR MEDİA – Dekabrın 21-də İstanbulda Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının 3-cü iclası keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agenltiyindən məlumat verilib.
Bildirilib ki, “iclasda turizm sahəsində prioritet əməkdaşlıq məsələləri, ikitərəfli turizm əlaqələrinin mövcud vəziyyəti, turizm təlimləri, biznesin inkişafı və turizm infrastrukturuna investisiyalar, mədəni irsin qorunması sahəsində əməkdaşlıq, marketinq, kommunikasiya və turizm məhsulları, həmçinin növbəti dövr üzrə Birgə Fəaliyyət proqramının hazırlanması və digər məsələlər müzakirə olunub. Komissiyanın iclasında turizm əlaqələrinin cari vəziyyəti barədə danışılıb, gəlmə və getmə turizmi sahəsində statistik göstəriciləri təqdim edilib, həmçinin 2-ci iclasda qəbul edilmiş tədbirlər planı üzrə həyata keçirilən işlər barədə məlumat verilib”.
Məlumata əsaəs, iclas çərçivəsində turizm sektorunda insan resurslarının inkişafı, turizm və rekreasiya zonalarının yaradılması, infrastruktur layihələrinin həyata keçirilməsi üzrə təcrübə mübadiləsi, beynəlxalq platformalarda birgə təqdimatların keçirilməsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb: “Bundan əlavə, tədbirdə mədəni irs obyektlərinin idarə edilməsi, oxşar mədəni irs obyektləri arasında əlaqələrin qurulması, birgə layihələrə başlanması müzakirə edilib. Tədbir zamanı Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) ilə Türkiyə Səyahət Agentlikləri Birliyi (TÜRSAB) arasında görüş keçirilib. Sonda 2023-cil üzrə Birgə Fəaliyyət Planı çərçivəsində həyata keçirilmiş məsələlər qiymətləndirilib və 2024-cü il üçün yeni Birgə Fəaliyyət Planı hazırlanıb. İşçi qrupunun növbəti görüşünün 2024-cü ildə Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib.