Son yeniləmə: 20 Dekabr 2023 14:02
BAYRAQDAR MEDİA – Türkiyədə 2024-cü ilin martında keçiriləck yerli seçkilərə hazırlıq bütün gücü ilə davam edir. Bu arada yerli seçkilər öncəsi araşdırma şirkətləri partiyaların səs nisbətləri ilə bağlı araşdırmalarını sürətləndirib.
Bu barədə eskisehir.net məlumat yayıb.
Bildirilib ki, “ORC Research 11-16 dekabr 2023-cü il tarixləri arasında 27 vilayətdə 3 min 160 iştirakçı ilə üzbəüz sorğu aparıb. Sorğunun nəticələrinə əsasən əgər bu bazar ölkədə yerli seçkilər keçirilsəydi AK Parti 36,9, CHP 27, MHP 11,5, DEM 8,4, İYİ Parti 6,2, Zafer Partisi 2,8, Yenidən Rifah Partiyası 2,4, TİP 1,4, BBP 1,1 faiz səs alardı. Rəyi soruşulanların 2,3 faizi isə “digər partiyaya səs verərdim” deyə qeyd edib”.