Press "Enter" to skip to content

Xocalı şəhidinin adını daşıyan Aybüke

Nizami Kino Mərkəzində filmim galası olacaq

Son yeniləmə: 20 Dekabr 2023 11:10

Bakıda “Aybüke; Öğretmen Oldum Ben!” filminin galası olacaq

BAYRAQDAR MEDİA – Dekabrın 20-də Bakıda, Nizami Kino Mərkəzində gözəl bir filmin galası olacaq. Söhbət qardaş Türkiyədə istehsal edilən, TRT və BEE-nin ortaq istehsalı olan “Aybüke; Öğretmen Oldum Ben!” filmindən gedir.

Məlumat üçün bildirək ki, “Aybüke; Öğretmen Oldum Ben!” filmi 9 iyun 2017-ci ildə Batmanın Kozluk rayonunda PKK terrorçularının xain hücumu nəticəsində şəhid olan müəllim Aybüke Yalçının həyat hekayəsindən bəhs edir.

Cümhurbaşqanı Recep Tayyip Erdoğana şəhid müəllimin ailəsi tərəfindən Aybüke Yalçının istifadə etdiyi bağlama (türk sazı- N.A) hədiyyə edilmişdi
Cümhurbaşqanı Recep Tayyip Erdoğana şəhid müəllimin ailəsi tərəfindən Aybüke Yalçının istifadə etdiyi bağlama (türk sazı- N.A) hədiyyə edilmişdi

Bu filmi Azərbaycan üçün, bizlər üçün dəyərli edən bir tərəfdən onun şəhid müəllimə həsr edilməsidirsə, digər tərəfdən də həmin müəllimin Xocalı ilə bağlılığıdır. Məsələ burasındadır ki, onun adı Xocalıda şəhid olan körpə Aybükənin xatirəsini yaşatmaq üçün verilib.

Bu barədə TRT-nin Genel müdiri Mehmet Zahid Sobacı noyabrın 10-da X sosial hesabındakı paylaşımda qeyd edib: “Onun adı Xocalıda şəhid olan körpə Aybükənin xatirəsini yaşatmaq üçün verilib. Aybüke Yalçın adı, ürəyi, qorxmaz yerişi, şəhidliklə bitən gənc həyatı ilə hamımızın müəllimi, qəhrəmanı oldu”.

Onu da qeyd edək ki, “Aybüke; Öğretmen Oldum Ben!” filmi ilk dəfə 2023-cü il noyabrında Türkiyədə, Cumhurbaşkanlığı Külliyesində nümayiş etdirilib.

Cumhurbaşqanı Recep Tayyip Erdoğan və xanımı Emine Erdoğan filmin Beştepe Millet Kongre ve Kültür Merkezindəki ilk nümayişini şəhid müəllim Aybüke Yalçının anası Zehra, atası Sadık və qardaşı Aybars Yalçın, həmçinin, filmin aktyorları ilə birlikdə izləmişdi.

Filmin sonunda həyat yoldaşı Emine Erdoğanla səhnəyə çıxan Cümhurbaşqanı Recep Tayyip Erdoğana şəhid müəllimin ailəsi tərəfindən Aybüke Yalçının istifadə etdiyi bağlama (türk sazı- N.A) hədiyyə edilmişdi.

R.T.Erdoğan bağlamanı A.Yalçının atasından öpərək almışdı.

Mission News Theme by Compete Themes.