Son yeniləmə: 20 Dekabr 2023 17:08
BAYRAQDAR MEDİA – “2023-cü ilin yanvar-noyabr aylarında tabeli tibb müəssisələrində 4,8 milyon vətəndaşa xidmət göstərilib. 2022-ci ilin yanvar-noyabr ayları ərzində bu rəqəm 4,4 milyon olub”.
Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qurumun 5 illik Hesabat tədbirində çıxışı zamanı bildirib.
TƏBİB-dən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, Vüqar Qurbanov deyib ki, 2023-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrinə ümumi müraciətlərin sayı isə 20,3 milyon təşkil edib: “2022-ci ildə bu rəqəm 16,3 milyon olub. Bu müddətdə vətəndaşlara 63,9 milyon (55.3 milyon ambulator, 8,6 milyon stasionar xidmətlər olmaqla), 2022-ci il üzrə isə 40,2 milyon (33.9 milyon ambulator, 6,3 milyon stasionar xidmətlər olmaqla) xidmət göstərilib”.
V.Qurbanov 2023-cü ilin yanvar-noyabr ayları ərzində göstərilən laborator xidmətlərin sayının 23,4 milyon (19,6 milyon ambulator, 3,8 milyon stasionar olmaqla) olduğunu bildirib. Qeyd edilib ki, 2022-ci ilin eyni dövrü ərzində isə bu rəqəm 10,7 milyon (8,2 milyon ambulator, 2,5 milyon stasionar olmaqla) təşkil edib: “2023-cü ilin yanvar-noyabr ayları ərzində icra olunan əməliyyatların sayı 338 min, 2022-ci ilin yanvar-noyabr aylarında isə 296 min olub”.
İcraçı direktor 2023-cü ildə göstərilən tibbi xidmətlərin 59 faizinin regionların payına düşdüyünü vurğulayıb.