Press "Enter" to skip to content

Kitab tanıtma: “Kitabxana – Biblioqrafiya və İnformasiya terminlərinin izahlı lüğəti”

Səyyarə Məmmədova Röya İsrafilə kitab haqqında danışır

Son yeniləmə: 20 Dekabr 2023 17:11

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlər sırasında “Kitabxana – Biblioqrafiya və İnformasiya terminlərinin izahlı lüğəti” də yer alır.

Lüğətdə kitabxana-biblioqrafiya, informasiya eləcə də kitabxana işi ilə bağlı olan digər yaxın elm sahələrinə dair 2 min 200 termin verilib. Lüğət əlaqədar sahədə çalışan kitabxanaçılar, müəllimlər, tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın tərtibçisi və müəllifi MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova nəşrlə bağlı fikirlərini BAYRAQDAR MEDİA ilə bölüşüb: “Bildirim ki, elm və texnikanın inkişafı ilə əlaqədar hər bir sahədə olduğu kimi kitabxana sahəsində də yeni terminlər, anlayışlar meydana gəlib. Ona görə də bu gün həmin yeni terminləri əhatə edən, müasir tələblərə cavab verən lüğətlərin və ensiklopediyaların yaranması zamanın tələbinə çevrilib. Xüsusi ilə kitabxana sahəsində işləyən kadrların böyük hissəsinin qeyri-ixtisaslı olduqlarını qeyd etsək bu lüğətin yaranması mən deyərdim ki, mühüm zərurət idi. Lüğətin yaranması həm də Azərbaycanda kitabxana işinin inkişafının tənzimlənməsində mühüm addımdır. Burada yer almış yeni terminlər kitabxana işinin yeni istiqamətləri üzrə açar sayılır və oxucuların marağına səbəb olur. Kitabxana işində yeni informasiya texnologiyalarının tətbiqi zamanı, müasir kitabxana istiqamətləri ilə tanışlıqda, tövsiyələr hazırlanarkən terminlər lüğəti kitabxanaçıların köməyinə çatır. Onu da deyim ki, MEK tərəfindən lüğətin rus dilində nəşrinin hazırlanması nəzərdə tutulur”.

Qeyd edək ki, kitabın elmi redaktoru Tamilla İsmixanova, baş məsləhətçisi Azərbaycanda Kitabxanaşünaslıq elminin banisi, Əməkdar elm xadimi, Prof. Abuzər Xəlilov, rəyçisi isə pedaqogika üzrə fəlsəfə doktoru, Dos. Knyaz Aslandır.

Mission News Theme by Compete Themes.