Son yeniləmə: 20 Dekabr 2023 10:13
BAYRAQDAR MEDİA – İraqın Müstəqil Yüksək Seçki Komissiyası Bağdadda keçirilən mətbuat konfransında əyalət şurası seçkilərinin ilk nəticələrini açıqlayıb.
Məlumatı Türkmeneli TV yayıb.
Bildirilib ki, “Komissiya seçki qutularının 94,4 faizinin açıldığını, seçkidə iştirak nisbətinin isə 41 faiz olduğunu açıqlayıb. Elan edilən nəticələrə əsasən, KYB 139 min 373 səs, Ərəb Alyansı 46 min 65 səs, Birləşmiş İraq Türkmən Cəbhəsi Siyahısı 72 min 281 səs, KDP 46 min 749 səs və Yeni Nəsil 24 min 620 səs toplayıb”.
Müstəqil Yüksək Seçki Komissiyasının rəsmi internet saytındakı məlumatlara görə, Birləşmiş İraq Türkmən Cəbhəsi siyahısında ən çox səs toplayanlardan Ahmet Remzi Köprülü 19 min 339 səslə birinci, Muhammet Saman Ağaoğlu 10 min 698 səslə ikinci olub. Həmçinin Mardin Göökkaya 8 min 305, Sevsen Ceddu isə 4831 səs toplayıb.