Press "Enter" to skip to content

İşğaldan azad olunan ərazilərdə tibbi-sosial aksiya

Son yeniləmə: 20 Dekabr 2023 15:57

Həmin ərazilərə köçürülən 20 minə yaxın şəxsin müayinəsi təşkil edilib

BAYRAQDAR MEDİA – “Böyük Qayıdışa dair” I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçürülən 1970 nəfərin müyinəsi təşkil edilib”.

Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qurumun 5 illik Hesabat tədbirində çıxışı zamanı bildirib.

TƏBİB-dən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, V.Qurbanov deyib ki, Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçən və məskunlaşacaq əhalinin keyfiyyətli və əlçatan tibbi xidmətlərdən yararlanması TƏBİB tabeli tibb müəssisələri tərəfindən təmin edilir: “Böyük Qayıdış” layihəsi çərçivəsində TƏBİB tabeli müəssisələrdə 2022-ci ilin 9 ayında 290 nəfər, 2023-cü ilin 9 ayında 1970 nəfərin müayinəsi təşkil edilib”.

TƏBİB-in İcraçı direktoru tabeli tibb müəssisələrində Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, onların müraciətlərinin operativ qaydada cavablandırılması, şikayətlərinin araşdırılması kimi məsələlərin daim diqqətdə saxlanıldığını bildirib.

Mission News Theme by Compete Themes.