Press "Enter" to skip to content

Hulusi Kılıç Türk Mədəniyyəti və İrsi Fondunda olub

Görüş zamanı

Son yeniləmə: 20 Dekabr 2023 14:50

Fondun prezidenti Aktotı Raimkulova ilə görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb

BAYRAQDAR MEDİA – Türk Mədəniyyəti və İrsi Fondununun prezidenti Aktotı Raimkulova Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç ilə görüşüb.

Fondun mənzil qərargahında keçirilən görüşdə Aktotı Raimkulova Türkiyə Cümhuriyyətinin quruluşunun 100-cü ildönümü münasibətilə H.Kılıça tədbirklərini çatdırıb.

Hulusi Kılıç Fondu türk dünyasının maddi-mədəni irsinin qorunması və dünyada tanıdılması yönündə önəmli platforma kimi dəyərləndirib
Hulusi Kılıç Fondu türk dünyasının maddi-mədəni irsinin qorunması və dünyada tanıdılması yönündə önəmli platforma kimi dəyərləndirib

Fonddan verilən məlumata görə, o, həmçinin, 2023-cü il ərzində türk dünyasında təntənəli qeyd olunan əlamətdar yubileylər sırasında müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummili Lider Heydər Əliyevin 100 illiyini xüsusi olaraq vurğulayıb.

Məlumata əsasən, görüşdə H.Kılıç A.Raimkulovanı Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunması münasibətilə təbrik edib: “O, Fondu türk dünyasının maddi-mədəni irsinin qorunması və dünyada tanıdılması yönündə önəmli platforma kimi dəyərləndirib. Görüş tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib”.

Mission News Theme by Compete Themes.