Son yeniləmə: 20 Dekabr 2023 09:44
BAYRAQDAR MEDİA – İraq Türkmən Cəbhəsinin (İTC) sədri Hasan Turan əyalət şurasına seçkilərlə bağlı açıqlama verib.
Türkmeneli TV xəbər verir ki, H.Turan sosial media hesabında etdiyi paylaşımda bunları qeyd edib: “Ən kritik seçkilərdən birini başa vurduq. Milli iradəmizin təzahür edəcəyi ümumi səsvermədə türkmənlər və Kərkükə üçün səs verən əziz millətimizə sonsuz təşəkkürlər. Siyahımıza dəstəyiniz və marağınızla fəxr edirik. Bu gün seçkilərdə “biz varıq” deməklə türkmən gücünü hər kəsə sübut etdiniz. Siyahımız qarşıdakı dövrdə də qanuni hüquqlarımızı müdafiə etmək üçün siyasi mübarizəsini davam etdirəcək”.
Məlumata görə, paylaşımda, həmçinin “Seçki prosesində bizə dəstək olan türkmən xalqımıza, gənclərimizə, qadınlarımıza, qurum və təşkilatlarımıza, türkmən media işçilərimizə ürəkdən təşəkkürümüzü bildiririk. Biz birlikdə yola düşdük, birlikdə uğur qazanacağıq” deyə qeyd edilib.