BAYRAQDAR MEDİA – “Azad İran” Telegram kanalı “Çılpaq fotolar müqabilində hərbi sirlər: SEPAH israilliləri sosial şəbəkələrdə aldadır” başlıqlı xəbər yayıb.
“Iran International” kanalına istinadla verilən xəbərdə deyilir ki, SEPAH-ın kiber casusluq taktikalarından biri açıq-saçıq fotolar müqabilində İsrail əsgərlərindən kəşfiyyat məlumatları toplamaq üçün ivrit dilli qadınlardan istifadə etməkdir. Bu casuslardan bir neçəsi İranın şimal-şərqindəki Məşhəd şəhərində yaşayır.
Maraqlıdır, deyilmi? İranı idarə edən fars-molla rejiminin müqəddəs kimi qələmə verdiyi Məşhəd şəhərində bu cür çirkin və islama zidd qadın gücündən istifadə edilir.
“Azad İran” daha sonra yazır: “Sosial mediada həmin qadınların adları və şəxsi məlumatları saxta olsa da onların İsrail əsgərləri ilə paylaşdıqları açıq-saçıq foto və videolar orijinal görünür. Məlumata görə, casus qrupu ən azı 22 müxtəlif saxta profildən istifadə edir. Noyabr ayında İsrail ordusu HƏMAS tərəfdarları şəbəkəsinin hərbi qulluqçulardan xüsusən də Qəzza zolağına gedən qruplar və onların köçürülmə tarixləri haqqında məlumat əldə etmək üçün saxta sosial media profillərindən istifadə etmək cəhdləri barədə məlumat vermişdi”.
Qadınları din bəhanəsi ilə məcburi hicab altında tutan fars-molla rejimi özünə sərf edəndə onları lüt soyundurub İsrail əsgərlərinin önünə də göndərə bilir…