Press "Enter" to skip to content

175 məktəbəqədər təhsil müəssisəsində monitorinq

Məktəbəqədər təhsil müəssisəsi

Son yeniləmə: 20 Dekabr 2023 15:02

BAYRAQDAR MEDİA – İl ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 175 məktəbəqədər təhsil müəssisəsində monitorinqlər keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 20-da BŞTİ-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “monitorinqlərin keçirilməsində əsas məqsəd rəhbərlik və nəzarətin yerinə yetirilməsi, uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu, davamiyyəti, qidalanması, tərbiyə prosesinin təşkili vəziyyətinin öyrənilməsindən ibarətdir. Bunda məqsəd, həmçinin tədris-pedaqoji və metodiki sənədlərlə işin, əmək və icra intizamının, təchizat, təsərrüfat fəaliyyətinin real vəziyyətinin təhlil edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsidr”.

Mission News Theme by Compete Themes.