Press "Enter" to skip to content

“Xəyallarımızda qalan nağıllar”. Müsabiqənin yekun sərgiləri

Xəyallarımızda qalan nağıllar

BAYRAQDAR MEDİA – Dekabrın 19, 20, 21, 22-si saat 14:00-da Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində uşaqlarda vətənpərvərlik duyğularının güclənməsinə, estetik zövqün, mənəvi tərbiyənin formalaşmasına, milli-mənəvi sərvət olan nağılların yaşadılmasına xidmət məqsədi ilə “Xəyallarımızda qalan nağıllar” adlı respublika uşaq yaradıcılıq müsabiqəsinin yekun sərgiləri növbəli şəkildə Xətai Sənət Mərkəzində olacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya XSM-dən daxil olub.

Xəbərdə bildirilir ki, “mövzusu nağıl personajları və nağıl səhnələri olan müsabiqəyə respublikanın müxtəlif guşələrindən 18 yaşa qədər yaradıcılıq qabiliyyəti olan 1 min 500-ə qədər uşaq və yeniyetmə 1 min 800-dən çox əsər göndərib və 600-dən çox əsər sərgilənmək üçün seçilib. Sərginin kataloqunda müəlliflərin adı, təmsil etdiyi yaradıcılıq müəssisəsi və sərgilənəcək əsərlərin fotoları təqdim olunub”.

Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri təşəkkürnamə ilə təltif olunacaq.

Mission News Theme by Compete Themes.