Son yeniləmə: 19 Dekabr 2023 18:02
BAYRAQDAR MEDİA – Ukrayna Silahlı Qüvvələrinin “Tavriya” əməliyyat-strateji bölməsi qrupunun komandiri Aleksandr Tarnavskiy bəyan edib ki, Ukrayna ordusu sursat çatışmazlığı və xaricdən dəstəyin olmaması səbəbindən bəzi hərbi əməliyyatları dayandırıb.
Bu barədə Krim Haber Ajansı məlumat yayıb.
Məlumata görə, Reuters-ə danışan A.Tarnavskiy Ukrayna ordusunun artilleriya mərmiləri çatışmazlığı ilə üzləşdiyinə diqqət çəkib və deyib: “Sursatla bağlı problemimiz var. Xüsusən də sovet istehsalı olan 122 mm və 152 mm-lik güllə qıtlığı var. Ehtiyaclarımızı nəzərə alsaq, bu gün əlimizdə olan resurslar kifayət etmir. Ona görə də biz onları yenidən bölüşdürürük”.
A.Tarnavski bildirib ki, Ukrayna qoşunları güney-doğu cəbhəsinin bəzi hissələrində müdafiəyə keçib: “Lakin digər bölgələrdə hücum əməliyyatlarını davam etdirməyə çalışır”.