Son yeniləmə: 19 Dekabr 2023 15:08
BAYRAQDAR MEDİA – “Sammitlərdəki qəbullar zamanı məndən 5-6 dəfə soruşdular ki, ölkənin prioriteti nədir, biz kənd təsərrüfatı ölkəsiyikmi, günəbaxan yetişdirməklə bitki yağı istehsal edirikmi?”.
Bunu Qırğızıstan Prezidenti Sadır Caparov Bişkekdə keçirilən İkinci Xalq Qurultayında çıxışı zamanı deyib.
Veçernıy Bişkek xəbər verir ki, dövlət başçısı bu sualların ona məhz bayrağa görə verildiyini deyib: “Mən onlara dərhal cavab verirəm ki, bayraq nöqsanlarla qəbul edilib və bunu düzəltmək olar. Deyirəm ki, biz yerin təkindən istifadəni, heyvandarlığı inkişaf etdiririk”.
S.Caparov ölkədə bayraqla bağlı etiraz edən bəzi kəsimlərə də bir növ müraciət ünvanlayıb: “Bayraq dəyişməyəcək, biz onu mavi və ya ağ rəngə boyamırıq. Sadəcə bəzi düzəlişlər edəcəyik. Onu da əlavə edim ki, dövlət büdcəsindən bu ehtiyaclara bir tiyn belə xərclənməyəcək”.