Press "Enter" to skip to content

QHT-lər ictimai müzakirə keçirib

Tədbir zamanı

Son yeniləmə: 19 Dekabr 2023 10:48

Aygün Əliyeva Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü ilin əvvəlində “COP29”la bağlı xüsusi qrant müsabiqəsi elan edəcəyini açıqlayıb

BAYRAQDAR MEDİA – Dekabrın 18-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “COP29: gözləntilər, perspektivlər” mövzusunda QHT-lərin ictimai müzakirəsi keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.

Bildirilib ki, “Agentliyin İcraçı direktoru Aygün Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsini tarixi uğur adlandırıb. Aygün Əliyeva Agentliyin 2024-cü ilin əvvəlində “COP29”la bağlı xüsusi qrant müsabiqəsi elan edəcəyini də açıqlayıb”.

Aygün Əliyeva çıxış edərkən
Aygün Əliyeva çıxış edərkən

Məlumata görə, daha sonra Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərovanın moderatorluğu ilə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin COP29-la bağlı fikir və təklifləri dinlənilib, müzakirələr aparılıb.

Tədbirdə COP28-də iştirak etmiş QHT sədrləri də öz mülahizələrini bölüşüb. “Yaşıl Tikinti Şurası”nın həmtəsisçisi və rəhbəri Guy Eames bildirib ki, “COP29”un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi nümayiş etdirir.

Tədbirin sonunda QHT-lər COP29-la bağlı birgə bəyanat qəbul edib. Bəyanatı “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədov səsləndirib.

Mission News Theme by Compete Themes.