Press "Enter" to skip to content

Kitab tanıtma: Şəhidlərin oxuduğu kitablardan – “Bozqurdlar ölür, dirilir”

Bozqurdlar ölür, dirilir

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasının Qarabağ müharibəsi qəhrəmanları fondundakı “Şəhidlərin şəxsi kitablarından” adlı guşədə yerləşən nəşrlərdən biri də Azərbaycan Silahlı Qüvvələrinin zabiti, polkovnik-leytenant, 2016-cı ilin aprel döyüşləri şəhidi Sənan Axundovun oxuduğu “Bozqurdlar ölür, dirilir” romanıdır.

Müəllifi türkiyəli yazar Hüseyn Nihal Atsız olan romanda türklərin öz ideya və düşüncələrində yaşatdıqları millətçilik fenomenindən bəhs edilir.

Kitabın tərcüməçisi Məmməd İsmayıl, redaktoru Şəmil Sadiq, naşiri Müşfiq Xan, dizayn və qrafikaçısı Teymur Fərzi, korrektoru Mehdi Şükürov, mətn dizayneri isə Jalə Dursunovadır.

Qeyd edək ki, MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondundakı sözügedən guşədə şəhidlərin özlərinin oxuduqları müxtəlif mövzulu kitablar toplanıb.

Mission News Theme by Compete Themes.