Son yeniləmə: 19 Dekabr 2023 14:06
BAYRAQDAR MEDİA – 2024-cü ilin martında qardaş Türkiyədə yerli seçkilər keçiriləcək. Artıq partiyalar öz namizədlərini müəyəyn etməyə başlayıblar.
Bu arada isə ana müxalifət partiyasında namizəd qarşıdurmasının yaşandığına dair iddialar səslənib.
Türkgün Gazetesi xəbər verir ki, CHP Partiya Məclisində İstanbul və Ankara Böyükşəhər bələdiyyələri də daxil olmaqla 227 seçki dairəsində namizədlərin adları açıqlanıb: “Daha əvvəl İstanbul və Ankara Böyükşəhər Bələdiyyə başçıları ilə birlikdə namizəd olacağı açıqlanan Aydın Böyükşəhər Bələdiyyə başçısı Özlem Çerçioğlunun namizədliyinin PM-də qərar qəbul edilərək rəsmiləşdirilməməsi isə CHP İzmir və Aydın təşkilatlarında etiraza səbəb olub. Aydın təşkilatı onun namizədliyinin təsdqi olunmamasına etraz etdikdən sonra Ö.Çerçioğlunun İzmir Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizəd göstəriləcəyinə dair xəbərlər yayılıb.
Bu dəfə isə CHP İzmir təşkilatında üsyan səsləri yüksəlməyə başlayıb. Onlar belə bir seçimə qarşı olacaqlarını bəyan ediblər.
.