Son yeniləmə: 18 Dekabr 2023 11:45
BAYRAQAR MEDİA – 2023-cü ildə ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 18-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 188 məktəbdə təşkil edilən 922 təmayül sinifdə 20 min 592 şagird təhsil alır. Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır”.