Press "Enter" to skip to content

Restoran Azərbaycan musiqisinə görə bağlanıb

Azərbaycan musiqisi səsləndirən restoran qapadıldı

BAYRAQDAR MEDİA – Güney Azərbaycanın Təbriz şəhərinin Xosrovşah qəsəbəsində restoranlardan biri Azərbaycan musiqisi səsləndirildiyinə və məcburi hicab qaydalarına əməl edilmədiyinə görə bağlanıb. Bu haqda Təbriz şəhər polis idarəsinin rəisi Yadulla Cahanara məlumat verib.

Xəbəri “Azad İran” Telegram kanalı yayıb.

Bildirilir ki, polis rəisi restoranda baş verənləri “əxlaq və ictimai normaların pozulması” kimi qələmə verib və bu səbəbdən restoranın fəaliyyətinə qadağa qoyulduğunu bildirib.

Kanal qeyd edir ki, bu il İranda məcburi hicab qaydalarının pozulmasına və musiqi səsləndirilməsinə görə 3 min iş yerinin fəaliyyəti qadağan edilib.

Əlavə edək ki, İran adlı dövləti idarə edən fars-molla rejimi sadəcə musiqi deyil, türklərin ana dilini də büsbütün sıxışdırır. Sayı 40 milyona çatan türklərin ana dilində heç bir məktəb yoxdur və orta əsr təfəkkürlü fars-molla rejimi məktəblərin açılmasını rəsmən yasaqlayır.

Mission News Theme by Compete Themes.