Son yeniləmə: 18 Dekabr 2023 14:23
BAYRAQDAR MEDİA – Bolqarıstanda siyasi qüvvələrə göstərilən dəstəklə bağlı xalq arasında növbəti sorğu keçirilib.
Radio Bolqarıstan xəbər veri ki, bu dəfə sorğunu “Mediana” Agentliyi keçirib. Dekabr ayında keçirilən sorğunun nəticəsi də bundan öncəki sorğulardan fərqlənmıyib.
Məlumata əsasən, sorğunun nəticəsində bəlli olub ki, əgər seçkilər bu gün keçirilsəydi, 6 partiya parlamentə daxil olacaqdı: “Sadəcə olaraq ötən nəticələrə əsasən, ötəns orğudan fərqli olaraq GERB ilə “Prodaljavame promanata – Demokratik Bolqarıstan” /PP-DB/ arasında fərq artaraq 8 faizə çatıb. Əgər bu gün seçki keçirilsəydi, seçkiyə gedənlərin 22,9 faizi GERB partiyasına, 15,6 faizi PP-DB-yə, 13,5 faizi isə “Vızrajdane” partiyasına səs verəcəkdi”.
Sorğuda iştirak edənlərin mövqeyinə əsasən, DPS seçicilərin 12,2 faizi, BSP 11,3 faizi, “İma Takav Narod” isə 5,9 faizinin dəstəyini alacaqdı: “Sorğuda iştirak edənlərin 10 faizi “Heç kimi dəstəkləmirəm” cavabını verib”.
Məluamat əsasən, sorğuya əsaəsn bəlli olub ki, Nikolay Denkovun hökumətinin reytinqi görünməmiş dərəcədə aşağıdır və altı ballıq sistemə görə 3,1-dir: “Sorğunun nəticələrinə görə, vətəndaşların 51 faizi kabinetin ölkəyə zərərli olduğuna inanıb, 18 faizi isə “faydalı” kimi qiymətləndirib. Sorğuda iştirak edənlərin 27 faizi yeni seçkinin keçirilməsini istəməsə də, 41 faizi seçkilərə getməyə hazırdır”.