Press "Enter" to skip to content

Müstəqillik Qazaxıstanın qarşısında yeni üfüqlər açıb

Qasım-Jomart Toqayev

Son yeniləmə: 18 Dekabr 2023 13:06

BAYRAQDAR MEDİA – “Müstəqillik günü xalqımızın sarsılmaz birliyinin rəmzidir, yeni tarixi şəraitdə Qazaxıstanın azadlığını və müstəqil inkişafını təcəssüm etdirir”.

Kazinorm xəbər verir ki, bunu Prezident Qasım-Jomart Toqayev xalqa təbrikində qeyd edib. Məlumata görə, dövlət başçısı təbrikində qeyd edib ki, müstəqillik Qazaxıstanın qarşısında yeni üfüqlər açıb: “Keçmiş və gələcək nəsillər qarşısında borcumuz xalqın rifahının və firavanlığının təməlində duran ən böyük dəyər kimi müqəddəs müstəqilliyi bütün gücümüzlə qoruyub saxlamaq və qorumaqdır”

Qasım-Jomar Toqayev Qaazaxıstanın dövlətçiliyinin addım-addım möhkəmləndirdiyini vurğulayıb: “Həyatın bütün sahələrində başlanan dərin dəyişikliklər çoxəsrlik tarixi salnaməmizdə yeni səhifə açdı. Biz ədalətli Qazaxıstan – bərabər imkanlar və tərəqqi ölkəsi yaradırıq”.

Mission News Theme by Compete Themes.