BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə yenidən zəlzələ baş verib.
Anadolu Ajansının məlumatına görə, zəlzələ dekabrın 17-də yerli vaxtla saat 23:53-də qeydə alınıb. Mərmərə dənizinin Çınarcık mahalı sahilindən 8,52 kilometr aralıda baş verən zəlzələnin 11,18 kilometr dərinlikdə olduğu müəyyən edilib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ İstanbul və ona yaxın ərazilərdə cüzi hiss olunub.
Bunun ardınca isə yerli vaxtla saat 01:15-də daha bir zəlzələ olub. Bu dəfə isə Gümüşhane şəhərinin Kelkit rayonunda 4,3 maqnitudalı zəlzələ baş verib.
Yeraltı təkanların dərinliyi 15,03 km olan bu zəlzələ zamanı da hər hansı dağıntı və ya tələfatlar bağlı məlumat verilməyib.