Son yeniləmə: 18 Dekabr 2023 10:14
Rəşad Məcid: Bu kitab Azərbaycanın tarxi Zəfərinin poeziya dilində xalqa, o cümlədən gələcək nəsillərə çatdırılması üçün əhəmiyyətlidir
BAYRAQDAR MEDİA – Əməkdar jurnalist, şair, siyasi ekspert, “Xalq Cəbhəsi” qəzeitinin Baş redaktoru Elçin Mirzəbəyli yenidən kitabla oxucuların görüşünə gəlib. Ötən həftə onun “Anamın duası” adlı şeirlər kitabı təqdim olunub.
10 il fasildən sonra
Azərbaycan Yazıçılar Birliyində keçirilən təqdimat mərasimində bildirilib ki, kitab Vətən müharibəsində tarixi Zəfərə həsr olunub və kitabda Şuşa, Qarabağla bağlı şeirlər öz əksni tapıb. Qeyd edilib ki, bu Elşin Mirzəbəylinin 10 illik fasilədn sonra işıq üzü görən növbəti kitabıdır.
Azərbaycanın tanınmış ziyalılarının, millət vəkillərinin, Mətbuat Şurası İdarə Heyətinin üzvlərinin, nüfuzlu yazarların, incəsənət xadimləri və media nümayəndələrinin iştirak etdiyi mərasimi giriş sözü ilə açan Elçin Mirzəbəyli qonaqları salamlayaraq tədbirə qatıldıqları üçün onlara öz minnətdarlığını bildirib.
Kitabda vətənpərvərlik mövzusuna yer verilib
Sonra Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış edib. O, Elçin Mirzəbəylinin yaradıcılığı və fəaliyyəti haqqında danışıb: “Elçin Mirzəbəyli həm şair, həm də siyasi ekspert kimi yorulmaz fəaliyyət göstərir”.
R.Məcid deyib ki, kitabda vətənpərvərlik mövzusuna yer verilib: “Bu kitab Azərbaycanın tarxi Zəfərinin poeziya dilində xalqa, o cümlədən gələcək nəsillərə çatdırılması üçün əhəmiyyətlidir”.
Onun şeirləri Azərbaycan xalqının ruhu qədər incədir
Mərasimdə çıxış edən Milli Məclisin deputatı Hikmət Babaoğlu “Elçin Mirzəbəyli müasir Azərbaycan poeziyasının ən səmimi qələmlərindən biridir. Onun şeirləri Azərbaycan xalqının ruhu qədər incə, vətənpərvər ruhda yazılıb. Azərbaycan xalqı uzun illərdir dua edir, lakin ən müqddəs dua ana duasıdır. Tarixi Zəfərimiz bu şeirlərdə vətənpərvər ruhda öz əksini tapır” deyib.
Digər çıxışçılar da Elçin Mirzəbəylinin yaradılığı haqqında danışıb və xoş sözlər deyiblər.