Son yeniləmə: 18 Dekabr 2023 12:08
BAYRAQDAR MEDİA – Yerli seçkilər yaxınlaşdıqca Türkiyədəki siyasi partiyaların dəstək arayışları da sürətlənir. Lakin ana müxalifət partiyası CHP-nin bu zaman atdığı addımlar haqlı tənqidlərə səbəb olur.
Məsələ burasındadır ki, CHP Kemal Kılıçdaroğlunun genel başqanlığı zamanı yol verilən yanlışlıqları davam etdirir. Söhbət terrorçu PKK-nın siyasi qanadı kimi qəbul edilən HEDEP ilə əməkdaşlıqdan gedir. Lakin bu da son deyil.
Türkgün Gazetesi xəbər verir ki, CHP genel başqanı Özgür Özel bu dəfə də terror tərəfdarı olan DEM Partiyasının “qapısını döyüb”.
Məlumata əsasən, seşkidə dəstək məqsədi ilə DEM-ə üz tutan CHP rəhbəri oradan hələ ki, “əliboş” dönüb. Belə ki, DEM Partiyasının həmsədri Tuncer Bakırhan “Biz kimsənin ilk yardım çantası deyilik” deyib.
.