Press "Enter" to skip to content

Beynəlxalq platformalarda KKTC haqqında təqdimatlar edən azərbaycanlı

Sərxan Aslanov

Son yeniləmə: 18 Dekabr 2023 11:13

Sərxan Aslanov: Azərbaycana, eləcə də bütün dünyaya buranın nə qədər gözəl və sərmayə qoymaq üçün münbit bir yer olduğunu çatdırmağa çalışıram

BAYRAQDAR MEDİA -“Azərbaycan dövləti və xalqı hər zaman Kuzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) xüsusi sevgi ilə yanaşıb. Məhz bu səbəbdəndir ki, hər bir azərbaycanlı əlinə düşən kiçik bir fürsətdən istifadə edərək KKTC-nin təbliğinə, qardaş ölkədəki iş qurmaq, əmlak və s. sahələr üzrə imkanların dünya miqyasında təbliğinə öz dəstəyini göstərməyə çalışır. Elə artıq iki ildir KKTC-də yaşayan Sərxan Aslanov də belələrindən biridir.

Bakıdakı tədbirdən
Bakıdakı tədbirdən

Onunla BAYRAQDAR MEDİA-nın dostlarında biri vasitəsilə tanış olduq. Həmin dostumuz “xəbəriniz var, KKTC-də Sərxan Aslanov adlı bir azərbaycanlı gözəl bir işlə məşğuldur. O, KKTC haqqında müxtəlif sosial platformalarda tanıtm paylaşımları edir, həmçinin bloqlar aparır” dedi.

Beləliklə, elə həmin dostun vasitəsilə də S.Aslanovla əlaqə saxlayıb, fəaliyyəti barədə maraqlandıq. Bəlli oldu ki, artıq 2 ildir KKTC-də yaşayan Sərxan Aslanov qardaş ölkədə Invest Dom konsaltinq agentliyində marketing rəhbəri kimi çalışıb: “Hazırda KKTC haqqında bloqlar aparıram. Azərbaycana, eləcə də bütün dünyaya buranın nə qədər gözəl və sərmayə qoymaq üçün münbit bir yer olduğunu çatdırmağa çalışıram”.

Qeyd edək ki, S.Aslanov KKTC-dəki imkanları tanıtmaq üçün təkcə bloqlarla kifayətlənmir. O, beynəlxalq tədbirlərdə də qardaş ölkənin əsas təbliğatçılarından biri kimi ön sırada olur. Məsələn, 2023-ü il 19-20 may tarixlərində Bakıda Beynəlxalq daşınmaz əmlak və investisiya sərgisində iştirak edən Sərxan orada KKTC haqqında təqdimatlar edib. Həmçinin 11 avqust 2023-cü il tarixində Qazaxıstanın Aktau şəhərində fərdi toplantıda “KKTC-də əmlak və təhsil” mövzusunda təqdimatla çıxış edib.

Yeri gəlmişkən, “Life on Island” (Adada həyat) layihəsinin yaradıcısı olan S.Aslanov bildirib ki, bu, məhz KKTC ilə azərbaycanlıları, o cümlədən başqa ölkələrin vətəndaşlarını daha yaxından tanış etmək üçün yaradılıb: “Çünki KKTC sadəcə turistik cənnət deyil, həyat üçün çox mülayim bir yerdir. Bütün il möhtəşəm iqlim, şüşə kimi təmiz sahillər, gözəl təbiət və tarixi yerlər – bütün bunlar, insanların bu adanı evi kimi seçməyə səbəb olanlardandır”.

Onun sözlərinə görə, əlavə olaraq, KKTC əmlak sahəsində sərmayə qoymaq üçün də mükəmməl bir yerdir: “Stabil iqtisadiyyat, aşağı vergilər və əmlak alışı üçün faydalı şəraitlər sayəsində burada əla investisiya imkanları tapmaq mümkündür”.

Mission News Theme by Compete Themes.