Son yeniləmə: 15 Dekabr 2023 11:56
Elgün Cavadov: Füzuli rayonundan Şuşaya gedən Zəfər yolu turizm marşrutuna çevrilir
BAYRAQDAR MEDİA – Füzuli rayonundan Şuşaya gedən Zəfər yolu turizm marşrutuna çevrilir. Bununla bağlı konseptual layihə icra olunur.
Bunu Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin Regional turizmin idarə edilməsi sektorunun müdiri Elgün Cavadov bildirib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.
Bildirilib ki, E.Cavadov Ağdam rayonunda “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda keçirilən elmi-praktiki konfransdakı çıxış edib. O, çıxışında qeyd edib ki, məqsəd Zəfər yolu üzərində infrastruktur, iaşə obyektlərinin yaradılması, orada turistlərin dayanma-dincəlmə müddətlərini müəyyənləşdirməkdir.
E.Cavadovun sözlərinə görə, növbəti illərdə bu turizm marşrutu üzrə işlərin aparılması gözlənilir.