Son yeniləmə: 15 Dekabr 2023 11:55
Alim Bayel: İki ölkə arasında regional əhəmiyyətə malik iri layihələr həyata keçirilir
BAYRAQDAR MEDİA – “Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əməkdaşlıq yeni səviyyəyə yüksəlir və yeni mərhələdən keçir. Qazaxıstanla Azərbaycan arasında münasibətlərin dinamikası çox yaxşıdır”.
Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyb.
Qeyd edilib ki, iki ölkə arasında münasibətlərin səviyyəsi və intensivləşməsi dövlət başçılarının qarşılıqlı səfərlərindən asılıdır.
Səfir onu da bildirib ki, Qazaxıstanla Azərbaycan siyasi, iqtisadi, nəqliyyat-logistika, hərbi sahələrdə uğurlu əməkdaşlıq edir: “Hazırda ölkələrimiz tərəfindən Orta Dəhlizin nəqliyyat-logistika potensialının inkişafı, qazax neftinin Azərbaycan vasitəsilə nəql edilməsi, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi kimi regional əhəmiyyətə malik iri layihələr həyata keçirilir. Bundan başqa, Qazaxıstandan elektrik enerjisinin Azərbaycan üzərindən Avropaya ixracı imkanları müzakirə olunur”.