Press "Enter" to skip to content

Meşələrin zərərvericilərdən qorunması istiqamətində tədbirlər

Meşələrin zərərvericilərdən qorunması

BAYRAQDAR MEDİA – Meşələrin zərərverici və xəstəlik törədicilərindən qorunması və bioloji baxımdan davamlılığının artırılması məqsədilə yerli və xarici mütəxəssislərin iştirakı ilə meşə fondu və digər yaşıllıq ərazilərdə monitorinqlər keçirilib, 673 hektardan artıq meşə fondu torpağında aqrotexniki, kimyəvi və mexaniki işlər aparılıb.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, son illərdə ölkənin meşə ərazilərində, xüsusən də şimal-qərb bölgəsində əsasən “qəhvəyi mərmər bağacığı” deyilən zərərverici yayılıb və onların sağlam ağaclara zərər verməsi müşahidə olunur: “Bu səbəbdən bütün regionlar üzrə meşə sahələrində həm qabaqlayıcı tədbirlər görülür, həm də həşəratların yayıldığı ərazilər mexaniki vasitələrlə lokallaşdırılır. Meşələrin zərərvericilərdən qorunması istiqamətində müayinə və müşahidə işləri davam etdirilir””.

Mission News Theme by Compete Themes.