BAYRAQDAR MEDİA – İranı idarə edən fars-molla rejimi Güney Azərbaycanlı milli fəal Peyman İbrahimini “hakimiyyət əleyhinə təbliğat aparmaq” ittihamı ilə 7 ay 16 gün, “rəhbəri (Xameneyini) təhqir etmək” ittihamı ilə isə 15 ay 1 gün həbs cəzasına məhkum edib.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərdə bildirilir ki, cari ilin avqust ayının 27-də İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin Təbrizdəki idarəsi tərəfindən tutulan və iki aydan çox həbsdə saxlanılan milli fəal Peyman İbrahimi oktyabrın 25-də 300 milyon tümən (12 min 156 manat) girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılmışdı.
Xatırladılır ki, Peyman İbrahimi dekabrın 3-də “rejimə qarşı təbliğat aparmaq” və “kiberməkanda iğtişaş yaratmaq” ittihamları ilə bağlı elektron sənədlə məhkəməyə çağırılmışdı.