Press "Enter" to skip to content

Adnan Polatdan azərbaycanlı alimə təbrik

Türkiyə-Macarıstan dostluğunun rəmzi Gül Baba türbəsinin açılışı zamanı. Macarıstan Baş naziri Viktor Orban (sağda), Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan (ortada) və Gül Baba Vəqfinin başqanı Adnan Polat (solda)

Son yeniləmə: 15 Dekabr 2023 10:39

BAYRAQDAR MEDİA – Türkiyənin nüfuzlu Gül baba Vəqfinin başqanı Adnan Polat tanınmış kulturoloq-alim, professor, Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayevə məktub göndərib.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, Vəqfin rəhbəri azərbaycanlı alimi “Türkiyenin çokkültürlü mühiti” kitabına görə təbrik edib: “Kitabda macarların Türkiyədə yaşam tərzinə, ənənələrinə və mədəniyyətlərinə geniş yer verilməsi təqdir olunub.

Çingiz Abdullayev
Çingiz Abdullayev

Vəqf başqanı müəllifə ünvanladığı məktubunda bildirib ki, bu gün dünyanın müxtəlif bölgələrində insanlıqdan kənar silahlı hücumların davam etdiyi bir zamanda Türkiyənin tarix boyunca məzlum xalqlara qarşı xoş rəftar göstərdiyini sübut edən kitabınız olduqca aktualdır”. Məlumata əsasən, Adnan Polat “Türkiyenin çokkültürlü mühiti” kitabının ingilis dilində nəşrini mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayaraq kitabların vəqfin kitabxanasına qəbul olunduğunu bildirib. O, professor Çingiz Abdullayevə uğurlar arzulayıb.

Bu məqamda məlumat üçün bildirək ki, Gül Baba Vəqfi Avropanın ən quzey hissəsində Osmanlı dövrü abidəsi olan Gül Baba türbəsini gələcəyə daşımaq və dünyaya tanıtmaq məqsədi ilə Macarıstanda yaradılıb. İki ölkə hökumətlərinin koordinasiyası və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə bərpa edilən Gül Baba türbəsi 2018-ci ildə Türkiyə Cümhurbaşqanı Recep Tayyib Erdoğanın və Macarıstanın baş naziri Viktor Orbanın iştirakı ilə açılıb.

Türkiyə-Macarıstan dostluğunun simvolu sayılan “Budapeştin ruhani hamisi” Gül Baba türbəsi paytaxt Budapeştdə Gül Təpəsi (Rozsadomb) kimi tanınan ərazidə yerləşir. Gül babanın 2 sentyabr 1541-ci ildə Qanuni Süleymanın Budin yürüşü zamanı vəfat etdiyi məlumdur.

Tarixi qeydlərdə Qanuni Süleymanın Gül Babanın cənazə namazına şəxsən qatıldığı və məzarının 1543-1548-ci illərdə Budin 3-cü Bəylərbəyi Yəhya Paşazadə Mehmet Paşa tərəfindən tikildiyi bildirilir. Həm 16 nəfərin çalışdığı kompleksdə, həm də Budapeştdəki digər mədəniyyət məkanlarında təşkil etdiyi proqramlarla yanaşı, Gül Baba Türbəsi İrsini Qoruma Fondu Türkiyə-Macarıstan əlaqələrinə töhfə vermək üçün müxtəlif mədəniyyət festivallarına da dəstək verir.

Klassik Osmanlı türbə üslubuna uyğun olaraq mədəniyyət kompleksi kimi nəzərdə tutulmuş ərazidə səkkizguşəli şəkildə yonma daşdan inşa edilən türbənin yanındakı binada Gül Baba Muzeyi, mədəniyyət mərkəzi və iclas salonları yerləşir.

Mission News Theme by Compete Themes.