Press "Enter" to skip to content

Yeni əməkdaşlıq protokolu

İmzalanma mərasimi

Son yeniləmə: 14 Dekabr 2023 14:29

BAYRAQDAR MEDİA – Şagirdlər üçün hazırlanmış KKTC Paycell Rəqəmsal Uşaq Pulqabı Tətbiqi ilə bağlı Milli Təhsil Nazirliyi ilə Kuzey Kıbrıs Turkcell arasında əməkdaşlıq protokolu imzalanıb.

Bu barədə Kibris Türk məlumat yayıb.

Bildirilib ki, “Milli Təhsil Nazirliyindən verilən məlumata görə, Nazirlikdə keçirilən imza mərasimində protokolu milli təhsil naziri Nazım Çavuşoğlu, Kuzey Kıbrıs Turkcell-in baş direktoru Murat Küçüközdemir və baş direktor müavini Əli Gürler imzalayıb. Protokol çərçivəsində şagirdlərə Paycell Rəqəmsal Uşaq Pulqabı ilə rəqəmsal ödənişləri təhlükəsiz və effektiv şəkildə idarə etmək imkanı təklif olunur. Bundan əlavə, Paycell tətbiqi ilə artıq valideynlər övladlarının məktəb ödənişlərini tətbiq vasitəsilə asanlıqla göndərə, uşaqlar isə QR ödəmə xüsusiyyəti ilə məktəb yeməkxanalarında təmassız və təhlükəsiz şəkildə alış-veriş edə biləcəklər”.

Məlumata əsasən, Paycell ilə valideynlər yalnız müəyyən edilmiş məntəqələrdə keçərli olan QR ödəmə funksiyası ilə cib pullarını dərhal övladlarına göndərə və xərcləmələrinə nəzarət edə biləcəklər: “Layihə ilk olaraq təyin olunmaq üzrə pilot məktəblərdə tətbiq olunmağa başlanacaq. Tətbiq uğurlu olarsa, layihə digər məktəblərdə də istifadəyə veriləcək”.

Mission News Theme by Compete Themes.