Press "Enter" to skip to content

Türkiyənin ən zənginlərindən biri Denizlili iş adamıdır

Ahmet Nuri Erikoğlu

Son yeniləmə: 14 Dekabr 2023 11:36

BAYRAQDAR MEDİA – Türkiyənin önəmli iqtisadi jurnallarından biri olan “Economist” ölkənin ən zəngin 100 ailəsini açıqlayıb.

Məlumatı denizli24haber.com yayıb.

Bildirilib ki, Koç Holdinq 6 milyard dollar və ya daha çox sərvətlə siyahının başındadır.

Məlumatda həmçinin deyilir ki, dərgi bütün siyahını ictimaiyyətlə paylaşarkən, bütün gözlər Denizlidən olan bir adda idi: “Siyahının başında heç bir Denizli şirkəti və ya ailəsi olmasa da, Erbakır Elektronik Bakır Mamülleri A.Ş. 99-cu yerdə qərarlaşıb. İlk 100-lükdə yer alan Erikoğlu ailəsinin 500-750 milyon dollar arası sərvəti var. Ailənin başçısı Ahmet Nuri Erikoğludur. 2000-ci illərin müasir Erikoğlu Qrupunun əsasları 1937-ci ildə Denizli Kaleiçi Kömürcülər Çarşısında döymə sənətçisi olaraq iş həyatına başlayan sənaye duayenimiz Ahmet Nuri Erikoğlu tərəfindən qoyulmuşdur”.

Mission News Theme by Compete Themes.