Son yeniləmə: 14 Dekabr 2023 16:19
“Cümhurbaşqanı Ersin Tatarın obyektivindən” adlı fotosərgi açılıb
BAYRAQDAR MEDİA – Lefkoşadakı Yaxın Doğu Universitetinin (YDU) İrfan Günsel Konqres Mərkəzi Sərgi Salonunda KKTC Cümhurbaşqanı Ersin Tatarın əsərlərindən ibarət “Cümhurbaşqanı Ersin Tatarın obyektivindən” adlı foto sərgisinin açılışı olub.
Sərginin açılışına Ersin Tatar və həyat yoldaşı Sibel Tatar, YDU-nun qurucu rektoru Suat Günsel, YDU rektoru Prof. Dr. Tamer Şanlıdağ ilə yanaşı, KKTC Cümhurbaşqanlığının müdiri Osman Çağakan, Cumhurbaşkanlığı Danışmanlık ve Siyasi İşler Müdürü Halit Bağman ile Cumhurbaşkanlığından danışmanlar, YDU-dan bəzi səlahiyyətlilər, akademiklər, tələbələr və çox sayda qonaq iştirak edib.
Sərginin açılışında çıxış edən Ersin Tatar deyib: “Həyatın hamısı xatirələrdən ibarətdir”.
O, KKTC-nin gözəlliklərini öz obyektivindən çatdıran 50 fotoşəkilinin Kıbrıs Müasir İncəsənət Muzeyinin 451-ci sərgisində tamaşaçılarla görüşməsinin xoşbəxtliyini dilə gətirib.
E.Tatar, həmçinin foto sərgisinin təşkilində əməyi olan Əmək və Sosial Müdafiə Nazirliyinin müşaviri Serkan İlksevenə təşəkkürünü bildirib.
Hobbi olaraq fotoqrafiya ilə məşğul olduğunu deyən E.Tatar İngiltərə, Türkiyə və Kıbrısda mətbuat və yayım sahəsindəki iş təcrübələri zamanı fotoqrafiya ilə bağlı əldə etdiyi biliklərdən, texnoloji inkişaflarla fotoqrafiyanın yayılmasından bəhs edib. O, fotoqrafiyaya olan marağına görə cib telefonu ilə ölkənin təbii gözəlliklərini çəkdiyini bildirib.
Sərgini dekabrın 30-dək ziyarət etmək olar.
Bu mqəamda qeyd edək ki, KKTC-nin qurucu Cümhurbaşqanı, mərhum Rauf Denktaş da fotolar çəkərdi və onun da sərgiləri təşkil edilərdi.