Press "Enter" to skip to content

Qırğızıstan iqtisadiyyatında artım

11 ayda Qırğızıstanın ümumi daxili məhsulu 1 trilyon 72,5 milyard som təşkil edib

Son yeniləmə: 14 Dekabr 2023 14:26

BAYRAQDAR MEDİA – 2023-cü ilin yanvar-noyabr aylarında Qırğızıstanın ümumi daxili məhsulu, ilkin hesablamalara görə, 1 trilyon 72,5 milyard som təşkil edib.

Bulak.kg xəbər verir ki, bu barədə Milli Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, “2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə ÜDM 4,4% artıb. Qırğızıstan iqtisadiyyatının artımını xidmət sektoru (49,8%), əmtəə istehsalı (32,6%) və məhsula olan vergilər (17,6%) təmin edib. Əmtəə istehsalı sahələri arasında sənayenin xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz bəndi azalaraq 16,2 faiz, kənd təsərrüfatının xüsusi çəkisi isə 1,5 faiz bəndi azalaraq 10,5 faiz olmuşdur”.

Mission News Theme by Compete Themes.