BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev dekabrın 14-də qardaş Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Xəbəri Prezidentin mətbuat xidməti yayıb.
Bildirilir ki, görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
O da qeyd edilir ki, dövlət başçıları və digər səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsi işinə töhfə verdiyi bildirilib.
“Söhbət zamanı əlaqələrimizin bundan sonra da bütün istiqamətlərdə daha da möhkəmlənəcəyinə əminlik ifadə olundu, əməkdaşlığımızın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparıldı”, – deyə xəbərdə bildirilir.