Press "Enter" to skip to content

MEK əməkdaşları kursları uğurla başa vurublar

İştirak sənədi

Son yeniləmə: 14 Dekabr 2023 19:34

BAYRAQDAR MEDİA – Mərkəzi Elmi Kitabxananın bir qrup əməkdaşı Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Rusiya Dövlət Kitabxanasının təşkil etdiyi ixtisasartırma proqramında iştirak edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə bildirilir ki, “proqram “Kitabxana kolleksiyalarının mühafizəsinin əsasları” və “Kitabxana fondunun təhlükəsizliyi” mövzularında keçirilib və ümumi olaraq iki ay müddətində davam edib. Proqramın keçirilməsində əsas məqsəd kitabxana fondlarının təhlükəsizliyini təmin etmək üçün kadrların peşəkar səriştələrinin formalaşdırılmasıdır. MEK-in icraçı direktoru, Dos. Şəhla Tahirqızı, elmi katib Şəbnəm Rüstəmova, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova, Komplektləşdirmə şöbəsinin müdiri Gülnar Məmmədova sözügedən kursları uğurla başa vuraraq sertifikatla təltif ediliblər”.

Mission News Theme by Compete Themes.