Press "Enter" to skip to content

Koray Aydın: KKTC-ni TDT üzvlərinə tanıtmaq üçün səy göstərilməlidir

Koray Aydın

Son yeniləmə: 14 Dekabr 2023 10:30

BAYRAQDAR MEDİA – İYİ Partiya Türkiyə Böyük Millət Məclisinin (TBMM) Qrup sədri və Ankara millət vəkili Koray Aydın TBMM-in 2024-cü il Büdcə Qanunu Təklifinin müzakirə edildiyi iclasda partiyası adından çıxış edib.

Kirim Haber Ajansı xəbər verir ki, K.Aydın Türk Dövlətləri Təşkilatı və Kuzey Kıbrıs Türk Cümhuriyyətindən də bəhs edib: “Hökumətin bu təşkilatın inkişafına verdiyi dəstəyi son dərəcə müsbət hesab edirik. Müstəqil türk cümhuriyyətləri arasında əlaqələrin inkişafı üçün daha çox səy göstərilməlidir. KKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olması da mühüm addımdır”.

K.Aydın həmçinin “Təəssüf ki, KKTC təşkilatın son sammitində iştirak etmədi. Hökumət bu məsələdə heç vaxt geri addım atmamalı, hətta KKTC-nin TDT üzvlərinə tanıtmaq üçün səy göstərməlidir” deyib.

Mission News Theme by Compete Themes.