Press "Enter" to skip to content

Kitab tanıtma: “Fəlsəfi əlyazmalar, birinci kitab: Vəhdət”

Vehdet

Son yeniləmə: 14 Dekabr 2023 19:37

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında fəlsəfə elmləri doktoru, Prof. Səlahəddin Xəlilovun “Fəlsəfi əlyazmalar, birinci kitab: Vəhdət” kitabı da yer alır.

Nəşrin giriş hissəsində müəllifin Əbu Turxan təxəllüsü ilə “Başlanğıc sonda aydınlanır” sözləri verilib.

Kitab fəlsəfi fikir fəzasında birölçülü və skalyar düşüncə modelindən çoxölçülü və vektorial düşüncə modelinə keçidin əsas prinsiplərinin formalaşdırılmasına və bu təməl üzərində yeni universal fəlsəfi sistem yaradılmasına həsr edilib. Nəşr “Öncə öz dilimizdə” mülahizəsi ilə beynəlxalq fəlsəfi camiyəyə təqdim olunmazdan əvvəl milli fəlsəfi düşüncə daşıyıcıları və yaradıcı təfəkkürlü gəncliyin mühakiməsinə təqdim olunur.

Müəllif kitabın ön söz hissəsində qeyd edir: “Bu kitabda oxuculara Yeni fəlsəfəyə giriş və Vəhdət fəlsəfəsi təqdim olunur. İllər öncə irəli sürdüyüm fikir fəzasının əyilməsi və fikrin dövri hərəkəti prinsipinə görə, fəlsəfə də Şərqdən Qərbə doğru neçə min illik bir yol qət etdikdən sonra, yenidən Şərqdə – bir vaxtlar doğulduğu bir məkanda doğulmalıdır: Dünyanın ilk filosofu Zərdüştün vətənində!”.

Nəşrdə “Yeni Fəlsəfə tarixi kontekstdə: fəlsəfi fikir yolunun qaranlıqları”, “Ontologiya, epistemologiya və aksiologiyanın vəhdət məqamı”, “Dünyanın alternativ riyazi modelləri”, “Zaman və məkan ideyanın reallaşmasının parametrləri kimi”, “İdeya, ruh və cismani dünya”, “Milli təfəkkürün fəlsəfi arxetipləri”, “Əbu Turxanın “fikir fəzası” təlimi” və s. başlıqlarda yazılara yer verilib.

Mission News Theme by Compete Themes.